Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin komitəsi insanları qanvermə aksiyasına qoşulmağa çağırır

Milli Məclisin komitəsi insanları qanvermə aksiyasına qoşulmağa çağırır

Tarix: 10 Aprel 2020 17:57

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Gənclər və idman komitəsi insanları “Yaşatmaq yaşamaq qədər gözəldir” adlı qanvermə aksiyasına qoşulmağa dəvət edir.

Bu barədə Parlamentdən Trend-ə bildirilib.

Məlumatda deyilir:

"Milli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adı çəkilən komitə səhhəti imkan verən hər kəsi təhlükəsizlik və gigiyenik qaydalara riayət etməklə qanvermə aksiyasına qoşulmağa çağırır.

Koronavirus pandemiyasının yaratdığı fəsadlardan biri də könüllü donorların sayında ciddi azalmaların olmasıdır. Təəssüflə bildirmək istəyirik ki, bütün qan qruplarına olan ehtiyac hazırda artmaqdadır. Bu günlərdə hər birimizin borcu dövlətimizin yanında olmaq və köməkliyimizi əsirgəməməkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən başladılan və hazırda da dövlətimiz və xalqımız tərəfindən aparılan xeyirxah tədbirlərin davamı olaraq, özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 87) yaxınlaşaraq qan verməsini xahiş edirik.

Toplanmış qan qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcək. Məlumat üçün bildiririk ki, Qan Bankında donorların təhlükəsiz şəraitdə qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilib. Donorlar gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas olmaqla qan verməkdədirlər. Qan verən donorlara lazım gəldikdə qan vermə barədə arayışlar da verilir".


Etiketlər:  Milli Məclisin komitəsi insanları qanvermə aksiyasına qoşulmağa çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ