Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' rəhbərliyi haqda şok ittiham - Oğurluq...

''Barselona'' rəhbərliyi haqda şok ittiham - Oğurluq...

Tarix: 10 Aprel 2020 18:46

"Barselona"nın sabiq prezidenti Emili Ruso Kataloniya klubunun rəhbərliyinin işini tənqid edib.

Qol.az xəbər verir ki, o, sport.es-ə açıqlamasında bununla bağlı deyib: "Fikrimcə, kimsə klubun kassasından pul oğurlayır. Ventures şirkəti üçün 1 milyon avro ödəndi, halbuki belə xidmətlərin bazar qiyməti 100 min avrodur. Bunu edən kimdir? Təbii ki, həmin şəxs rəhbərlikdəndir. Mən bilmirəm, o, məhz kimdir. Amma bəzi şübhələr var".

Qeyd edək ki, ötən gün vitse-prezidentər Emili Ruso, Enrike Tomas, direktorlar Silvio Elias, Mariya Teyşidor, Jozef Pont və İdarə Heyətinin katibi Jordi Klasamilya istefa verib.

Xatırladaq ki,  "Barselona"nın prezidenti Josep Mariya Bartomeunun nüfuzunu qorumaq üçün 1 milyon avroya şirkət işə götürdüyü yazılmışdı.  Şirkətin məqsədi sosial şəbəkələr vasitəsi ilə klub rəhbərliyinin imicini qorumaq, həmçinin klubun bəzi keçmiş və hazırkı oyunçuları tənqid etmək olub.

 


Etiketlər:  Barselona rəhbərliyi haqda şok ittiham Oğurluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ