Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi'' Kanteni satır

''Çelsi'' Kanteni satır

Tarix: 10 Aprel 2020 19:14

İngiltərənin "Çelsi" klubu futbolçusu Nqolo Kante ilə bağlı qərarını verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "zadəganlar" 29 yaşlı yarımmüdafiəçini satmağa qərar verib. Klub uyğun məbləğ qarşılığında Kantenin komandadan ayrılmasına razı olacaq. London klubu mövsümün sonunda yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.

2016-cı ildən "Çelsi"dən çıxış edən fransalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. Onun "Real" və PSJ-nin hədəfində olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Çelsi Kanteni satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ