Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 13:16
Almaniya millisinin baş məşqçisi Yoahim Löv xəstəxanaya yerləşdirilib.
Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, onun məşqlərdən birində aldığı zədədən sonra qan dövranında problem yaranıb. Bu səbəbdən 59 yaşlı mütəxəssis Frayburqda xəstəxanaya aparılıb.
Bildirilir ki, səhhətindəki problemlərə görə Löv Avro-2020-nin seçmə mərhələsində Belarus (8 iyun) və Estoniya (11 iyun) ilə matçları buraxacaq.