Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 13:36
İyunun 18-i yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək “Qarabağ” dörd yoxlama oyunu keçirəcək.
Qol.az-ın xəbərinə görə, bu haqda klubun sosial şəbəkələrdəki rəsmi səhifələri məlumat yayıb. Məlumatda Qurban Qurbanovun qarşılaşacağı komandaların adları da açıqlanıb.
Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Kraiova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, “Qarabağ” bu il də Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.