Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 08:24
İngiltərənin "Çelsi" klubu fransalı yarımmüdafiəçi N'qolo Kanteni satmaq niyyətindədir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "90min" portalı məlumat yayıb.
Məlumata əsasən, 29 yaşlı yarımmüdafiəçini İspaniyanın "Real" (Madrid) və Fransanın "Pari Sen-Jermen" (PSJ) klubları almaq istəyirlər.
"Transfermarket" portalının məlumatına əsasən, N.Kantenin "Çelsi" ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının 30-dək nəzərdə tutulub. Fransalı futbolçunun transfer qiyməti 80 milyon avro təşkil edir.
Qeyd edək ki, N.Kante cari mövsümdə "Çelsi"nin heyətində 22 oyun keçirib və 3 qol vurub.