Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə 5G qüllələrinə zərər vururlar

Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə 5G qüllələrinə zərər vururlar

Tarix: 11 Aprel 2020 08:48

Keçən həftə internetdə saxta məlumatlar yayılmağa başladı ki, guya mobil şəbəkə qüllələri COVID-19 virusunun yayılmasna səbəb olur. Bundan əlavə olaraq Böyük Britaniyanın Brimengem şəhərində olan mobil şəbəkə qüllələrinin yandırılması videoları yayılıb. Facebook və Nextdoor-da çoxlu sayda qruplar var hansılardakı ki, minlərlər istifadəçi 5G texnologiyasının zərəri barəsində saxta məlumatlar yayırlar. Bu barədə The Guardian saytı xəbər verib. Ortaya çıxan saxta məlumatlardan biri də onunla bağlıdır ki, koronavirus Uxan şəhərində ona görə yayılmağa başlayıb ki, orda 5G şəbəkəsini işə salıblar.

Digər bir saxta məlumata əsasən isə 5G şəbəkəsi ucbatından ölümləri gizlətmək üçün koronavirus mövzusu yaradılıb. The Guardian qeyd edib ki, bir sıra məşhurlar da bu saxta məlumatları dəstəkləyirlər. Bu isə vəziyyəti daha da qəlizləşdirir. Fevral ayında Uckfield FM adlı radiostansiyasının qonaqlarından biri qeyd etmişdi ki, 5G texnologiyası insanın ağciyərlərindən oksigeni çəkir. Nəticədə bir çox insan 5G kabellərinin quraşdırılması ilə məşğul olan müvafiq işçilərə problemlər yaradır. Onlar buna səbəb kimi 5G texnologiyasının hamını öldürəcəyini qeyd edirlər.

Mobil şəbəkə operatorlarının hesablamalarına əsasən son 1 həftə ərzində 30-a yaxın belə hadisə baş verib. Qeyd etmək lazımdır ki, 5G texnologiyasının koronavirus ilə əlaqəsinin olduğunu sübut edən heç bir elmi fakt yoxdur. Zərərçəkmiş mobil şəbəkə qüllələrindən heç biri 5G şəbəkəsinə qoşulu olmayıb. Nəticədə insanlar 3G və 4G şəbəkələrinin işlərini təmin edən təchizatlara zərər vurublar. Sosial şəbəkələrin təmsilçiləri yayılan bu cür saxta məlumatların qarşısını necə ala biləcəkləri üzrə dövlət orqanları ilə yaxın günlərdə danışıqlar aparacaqlar. Hal hazırda bir çoxları koronavirus ilə bağlı olan dezinformasiyanın qarşısını almağa çalışır. Məsələn Google şirkəti bu məsələ üçün 6.5 milyon dollar vəsait ayırıb.


Etiketlər:  Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə qüllələrinə zərər vururlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ