Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunun lideridir

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunun lideridir

Tarix: 11 Aprel 2020 09:00

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunda lider mövqeyində qərarlaşıb.  

Bu barədə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - IWS) dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir.

Hesabatda qeyd edilib ki, Azərbaycanda internet istifadəçilərinin sayı 8 milyona yaxındır.

Əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.

Qeyd edək ki, hesabata görə, dünyadakı bütün internet istifadəçilərinin 55,1 faizi Asiya ölkələrinin payına düşür.

Milli.Az


Etiketlər:  Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz Orta Asiya regionunun lideridir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ