Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ hökuməti kiçik biznesə dəstək proqramı çərçivəsində 168 milyard dollar vəsait ayırıb

ABŞ hökuməti kiçik biznesə dəstək proqramı çərçivəsində 168 milyard dollar vəsait ayırıb

Tarix: 11 Aprel 2020 10:28

Bakı. Trend:

ABŞ hökuməti koronavirus epidemiyası fonunda kiçik biznesə dəstək proqramı çərçivəsində 168 milyard dollar vəsait ayırıb.

Trend-in məlumatına görə, proqram çərçivəsində 661 min müəssisəyə kredit verilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, ayrılan vəsait əməkdaşların əməkhaqlarının ödənilməsi üçün istifadə olunacağı təqdirdə sahibkarlar krediti qaytarmaq öhdəliyindən azad ediləcək.

Eyni zamanda, ayrılan vəsaitin aprelin 17-dək bitəcəyindən ehtiyat edilir. Bununla əlaqədar olaraq, Konqresə əlavə 250 milyard dollar vəsaitin ayrılması üçün müraciət edilib.

Qeyd edək ki, bu günədək ABŞ-da 1,6 milyondan çox şəxs koronavirusa yoluxub, 19 minə yaxın xəstə həyatını itirib.


Etiketlər:  ABŞ hökuməti kiçik biznesə dəstək proqramı çərçivəsində milyard dollar vəsait ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ