Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 21:12
Ukraynanın Dnepr Məhkəmə dairəsi "Zoom" videokonfrans tətbiqi vasitəsi ilə onlayn məhkəmə keçirəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ölkə tarixində ilk onlayn məhkəmə aprel ayının 13-də təşkil olunacaq.
Məhkəmədə "Transform Enerji" MMC-nin Kiyev Gömrüyünə qarşı iddiasına baxılacaq. İştirak etmək üçün hər iki tərəfə fasiləsiz internet və Zoom tətbiqi ilə təchiz olunmuş smartfon və ya kompüter lazım olacaq. Pulsuz Zoom tətbiqinin ödənişsiz versiyasının texniki məhdudiyyətlərinə görə məhkəminin müddəti 40 dəqiqəyə qədər davam edəcək.