Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 21:51
Onlayn ödəmə aparatlarından istifadə edərkən diqqətli olmaq məsləhətdir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu fikri infeksionist Sədrəddin Atakişiyev səsləndirib. Onun sözlərinə görə, onlayn ödəmə terminallarından istifadə edən zaman ya əlcək taxılmalı, ya da əllər spirtlənməlidir.
İnfeksionist hesab edir ki, virus daşıyıcı olan şəxs həmin xidmətdən istifadə edibsə, başqasına yoluxdura bilər:
"Çünki koronavirusa yoluxmuş şəxslərdən daha təhlükəli olan bu virusun daşıyıcılarıdır. Onlarda xəstəliyin əlamətləri olmasa da, asanlıqla başqasına yoluxdura bilirlər".
S.Ataşkiyev tövsiyə edib ki, ödəniş edən zaman spirt və ya əlcək yoxdursa, o halda salfetdən istifadə edilsin.