Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

A seriyasının bərpa tarixi bağlı yeni xəbər

A seriyasının bərpa tarixi bağlı yeni xəbər

Tarix: 12 Aprel 2020 11:20

İtaliyanın “La Gazzetta dello Sport” nəşri A seriyasının bərpa olunacağı və bitəcəyi ilə bağlı gözlənilən tarixi açıqlayıb.

Qol.az xəbər verir ki, İtaliyada koronavirus pandemiyasına görə karantin 3 maya qədər uzadılıb. Mayın 4-dən etibarən isə komandalar məşqləri bərpa edə bilərlər. Artıq İtaliyanın idman naziri də bununla bağlı klublara çağırış edib.

Məlumata görə, A seriyasının iştirakçıları aprelin 27-də futbolçuları testdən keçirməyə icazə verilməsini xahiş ediblər. Bununla klublar oyunçularının tam sağlam olduqlarına əmin olmaq istəyirlər.

Yazıda qeyd edilir ki, çempionatın bərpası ilə bağlı əsas tarix 31 may nəzərdə tutulur. Bu halda A seriyasını 2 iyulda başa vurmaq mümkün olacaq.

 


Etiketlər:  seriyasının bərpa tarixi bağlı yeni xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ