Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 16:04
Bakı. Trend:
Ermənistanda son sutka ərzində koronavirusa daha 40 nəfər yoluxub. Bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 1013 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib.
Onun sözlərinə görə, Ermənistanda koronavirusa yoluxma ilə bağlı vəziyyət nəzarətdən çıxıb.
Ölkədə 13 nəfərin koronavirusdan öldüyü bildirilir.
Ermənistanda fövqəladə vəziyyətin müddəti aprelin 14-də başa çatır.
Baş nazir N.Paşinyan fövqəladə vəziyyətin müddətinin uzadılacağını istisna etməyib. Onun sözlərinə görə, gələn həftə parlament bununla bağlı qərar qəbul etməlidir.