Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman Aparatının əməkdaşları könüllü qan veriblər

Ombudsman Aparatının əməkdaşları könüllü qan veriblər

Tarix: 12 Aprel 2020 17:45

Bakı. Trend:

Ölkəmizdə irsi qan xəstəlikləri ilə mübarizə aparılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür və bunun nəticəsi kimi bəhs olunan sahədə böyük irəliləyişlər əldə edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın qayğısı nəticəsində Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyəti təmin olunur, talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, eləcə də müvafiq tədbirlər nəticəsində qan və onun komponentləri ilə təmin edilirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkəmizdə qan xəstəliklərindən, o cümlədən talassemiyadan əziyyət çəkən uşaqların sağlam insan qanına ehtiyacını nəzərə alaraq dəfələrlə ictimaiyyətin diqqətini bu məsələyə yönəldib, müxtəlif vaxtlarda qanvermə aksiyaları keçirib.

Qurumdan Trend-ə bildirilib ki, Ombudsman Aparatının bir sıra əməkdaşları da öz təşəbbüsləri ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.

Qeyd edək ki, irsi qan xəstəliyi olan talassemiyanın müalicəsində qanköçürmə mühüm rol oynayır. Qanvermə həkim nəzarəti altında həyata keçirilir və yalnız sağlamlıq vəziyyəti buna imkan verən şəxslərdən götürülür.

Ombudsman Aparatının əməkdaşları sağlamlığı və yaşı qan vermək üçün uyğun olan hər bir insanı aksiyada fəal iştirak etməyə çağırırlar.


Etiketlər:  Ombudsman Aparatının əməkdaşları könüllü veriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ