Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boris Conson xəstəxanadan evə buraxılıb

Boris Conson xəstəxanadan evə buraxılıb

Tarix: 12 Aprel 2020 19:36

Bakı. Trend:

Bir həftə əvvəl yeni koronavirusa yoluxma ilə xəstəxanaya çatdırılan Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılsa da işinə qayıda bilməyəcək.

Trend-in məlumatına görə, bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan bəyanatda deyilir.

Bildirilib ki, Baş nazir xəstəxanadan evə buraxılıb və Çekersdə [şəhər xaricində yerləşən iqamətgahında] sağalmaqda davam edir.

Sənəddə deyilir ki, həkimlər qrupunun tövsiyəsi ilə Baş nazir dərhal işə qayıtmayacaq:

"Müqəddəs Tomas xəstəxanasında aldığı yüksək səviyyəli yardım üçün o, hər kəsə təşəkkür etmək istəyir. Düşüncələri artıq xəstəlikdən təsirlənən hər kəsin yanındadır".


Etiketlər:  Boris Conson xəstəxanadan evə buraxılıb


RƏYLƏR