Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artilleriyaçılar “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər (VİDEO)

Artilleriyaçılar “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər (VİDEO)

Tarix: 31 May 2019 16:40

Bakı. Trend:

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Artilleriyaçılar Msta özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər VİDEO


RƏYLƏR