Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir Bakıda Britaniya bayrağının əks olunmasına görə Azərbaycana təşəkkür etdi

Səfir Bakıda Britaniya bayrağının əks olunmasına görə Azərbaycana təşəkkür etdi

Tarix: 12 Aprel 2020 23:02

Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə səfir öz "Twitter" hesabında yazıb.

"Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir. Mən Azərbaycan dövlətinə və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm və Azərbaycan xalqına can sağlığı arzu edirəm. Bu çətin müddətdə həmrəylik göstərmək və birgə çalışmaq çox vacibdir", - səfir Şarp belə deyib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.


Etiketlər:  Səfir Bakıda Britaniya bayrağının əks olunmasına görə Azərbaycana təşəkkür etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ