Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''OPEC plus''un iyundan sonra kvotası 7,7 milyon barrelə qədər azaldılacaq

''OPEC plus''un iyundan sonra kvotası 7,7 milyon barrelə qədər azaldılacaq

Tarix: 13 Aprel 2020 04:24

Bakı. Trend:

"OPEC plus" ölkələrinin kvotası neft hasilatının azaldılması üzrə razılaşma çərçivəsində 2020-ci ilin ikinci yarısı üçün 7,7 milyon barrelə (sutkada) qədər azaldılacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "OPEC plus" nazirlərinin növbədənkənar iclasının yekunları üzrə kommünikedə deyilir.

Kommünikedə qeydə edilir ki, "OPEC plus"un kvotası 2020-ci ilin iyul ayının 1-dən 2020-ci ilin dekbar ayının 31-dək sutkada 7,7 milyon barrelə qədər azalacaq, 2021-ci ilin yanvar ayının 1-dən 2022-ci ilin 30 aprel tarixinədək isə "OPEC plus" ölkələri neft hasilatını sutkada 5,8 milyon barrelə qədər azaltmalı olacaqlar.

Həmçinin bildirilir ki, neft hasilatını azaldılması üzrə razılaşmanın uzadılmasına 2021-ci ilin dekabrında baxılacaq.

Xatırladaq ki, "OPEC plus" ölkələri may-iyun aylarında neft hasilatını 9,7 milyon barrelə qədər azaldacaqlar.


Etiketlər:  OPEC plusun iyundan sonra kvotası milyon barrelə qədər azaldılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ