Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 07:48
Bakı. Trend:
"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında aprelin 14-ü saat 04:44 (GMT+4) üçün 4,4 faiz qalxaraq 32,85 dollar/barel təşkil edib.
Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, neftin qiymətində artım "OPEC plus" ölkələrinin neft hasilatının azaldılması üzrə razılaşmasından sonra müşahidə edilib.
Bundan əlavə, "WTI" markalı neftin fyuçerslərinin qiyməti isə 6,8 faiz qalxaraq, 24,31 dollar/barel təşkil edib.