Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq bağçasında göbələkdən zəhərlənmə qeydə alınıb

Uşaq bağçasında göbələkdən zəhərlənmə qeydə alınıb

Tarix: 31 May 2019 17:03

Bakı. Trend:

Rusiyanın Çuvaşiya Respublikasında iki nəfər azyaşlı göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, uşaqların hər ikisinin 5 yaşı var.

Respublikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaqlar bağçanın həyətində gəzişərkən yabanı halda bitən göbələklərə rast gəliblər.

Göbələyi yeyən uşaqlarda mədə sancıları başlayıb və xəstəxanada onlara zəhərlənmə diaqnozu qoyulub.

Hazırda onlar ambulator müalicəyə buraxılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Uşaq bağçasında göbələkdən zəhərlənmə qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ