Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 17:16
Bakı. Trend:
Dövlət Reklam Agentliyi (ADRA) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə azyaşlılar üçün bayram şənliyi təşkil edib. Şənlikdə uşaqlar əyləncəli anlar yaşayıblar.
Agentlikdən Trend-ə verilən məlumata görə, günün sevincinə animatorların, sehrbazın maraqlı çıxışı, köpük şousu daha da rəng qatıb.
Balacalara bayram sovqatları təqdim edilib. ADRA kollektivi Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin azyaşlı sakinləri ilə də görüşüb. Təqdim olunan əyləncəli şou-proqram uşaq evi sakinlərinin sevincinə səbəb olub. Qeyd edək ki, Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində 2000 insan reabilitasiya olunaraq reinteqrasiya olunub. Hazırda sığınacaqda 31 uşaq və 4 valideyn yaşayır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin