Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Toya 14 minə gedirsiz, niyə camaata yardım etmirsiz?”

“Toya 14 minə gedirsiz, niyə camaata yardım etmirsiz?”

Tarix: 13 Aprel 2020 11:20

Müğənnilərin əlinə şans düşüb. Biri eyvanda, digəri divanın üstündə mahnı oxuyur. Mahnı oxumaq, konsert vermək vaxtıdı? Hamı bilir ki, bu xəstəlik yayılıb. Hamı evdə qalmalı, əl sabunlanmalı, maska taxılmalıdı. Bunu hamı bilir də... İnsanlara kömək edin.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova İnstaqram-da canlı yayıma bağlanarkən qeyd edib.

Uzun illərdir Rusiyada yaşayan ifaçı həmkarlarının karantin rejimindəki fəaliyyətini tənqid edib. Rəqsanə qeyd edib ki, sənətçilər sosial yardıma ehtiyacı olanlara yardım göstərmirlər:

"14-15 min dollar toy pulunuzdan 1 qəpik də enmirsiz. İndi niyə camaata yardım etmirsiz? Qeyrətinizi göstərin! Mən artıq dostlarımdan pul istəməkdən, kömək üçün yalvarmaqdan utanıram. İnsanlarımız üçün bunu edirəm. Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisdir, çatdıra bilmirik.

Bu gün hər kəs bir olmalıdır. Niyə kor qalıb gözlərinizi yummusunuz? Milyon nəfər var ki, toylarında çıxış etmisiz. Zəng vurmaq çətindir? Hələ çətin vəziyyətdə İnstaqram-da yemək görüntüləri paylaşırsız. Ərzaq yardımı kənara qalsın, burada körpə və uşaqlar var ki, koronavirusa yoluxanlarla bir evdə qalır".

Qeyd edək ki, R. İsmayılova 893 ailəni ərzaq və qida ilə təmin edib.


Etiketlər:  Toya minə gedirsiz niyə camaata yardım etmirsiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ