Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 13:40
Bakı. Elnur Bağışov - Trend:
İranda 19 fevraldan bu günədək (13 aprel) koronavirus (COVID19) nəticəsində 4 585 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində İranda bu virusdan daha 111 nəfər ölüb:
“Ötən 24 saat ərzində daha 1 617 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 73 303 nəfərə çatıb. Onlardan 3 877 nəfərin vəziyyəti ağırdır. İndiyədək 45 983 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 275 mindən çox test aparılıb.