Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lina Vaytkyaviçene: ''Biz hazırda dünya müharibələri dövründə olduğu kimi düşmənlə mübarizə aparırıq'' - VİDEO

Lina Vaytkyaviçene: ''Biz hazırda dünya müharibələri dövründə olduğu kimi düşmənlə mübarizə aparırıq'' - VİDEO

Tarix: 13 Aprel 2020 14:06

Biz hazırda dünya müharibələri dövründə olduğu kimi düşmənlə mübarizə aparırıq, fərq yalnız ondadır ki, bu dəfə düşmənimiz daha təhlükəli və görünməzdir. Biz onu koronavirus və ya COVID-19 adlandırırıq.

Sonxeber.net xəbər verir ki, bunu TREND İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib.

O bildirib ki, Azərbaycan da dünyanın digər ölkələri kimi pandemiyanın qarşısını almaq üçün ciddi tədbirlər görür, vətəndaşları qorumaq səylərində həmrəylik göstərir:

"Biz hamımız gözəl başa düşürük ki, hazırda tərəzinin hər iki gözü ağırlıq təşkil edir. Bir tərəfdən insan həyatı və sağlamlığı, digər tərəfdən isə iqtisadiyyatın və biznesin çiçəklənməsi. Təəssüf ki, biz radikal qərarlar qəbul etmək və prioritet olaraq tərəflərdən birini seçmək məcburiyyətindəyik. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökuməti insanların sağlamlığı və rifahına diqqət ayırmaq qərarını verib. Seçim aydındır: Azərbaycanda yaşayan vətəndaşları qorumaq.

Son bir neçə həftə ərzində xəstəliyin yayılması və insanların ölümünün qarşısının alınması üçün bir sıra tədbirlər görülüb. Bu sıraya Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, xüsusi karantin rejiminin elan olunması, yaşlı insanlara və evlərini tərk edə bilməyənlərə kömək göstərilməsi daxildir. Bundan başqa, hökumət vətənə qayıtmaq istəyən vətəndaşlar üçün şərait yaradıb.

Xəstəliklə mübarizə aparmaq üçün bütün vasitələr var. Hökumət təkcə dezinfeksiya vasitələrinin zəruri sayını etməyib, həm də bir çox ölkədə qıtlıq yaşanan qoruyucu maskaların istehsalına başlayıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, bu dövrdə maliyyə itkiləri ilə üzləşən insanlara dəstəklə bağlı qərarlar qəbul edilib.

Bunlardan əlavə, modul xəstəxanalar tikilir. Bütün tədbirlər ona gətirib çıxarır ki, virus nəzarətsiz şəkildə yayılmır. Azərbaycanın nümayiş etdirdiyi güc və birlik ümid yaradır ki, bu mübarizə tezliklə başa çatacaq və biz normal həyatımızı davam edəcəyik".


Etiketlər:  Lina Vaytkyaviçene hazırda dünya müharibələri dövründə olduğu kimi düşmənlə mübarizə aparırıq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ