Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Dövlət Pedaqoji Universitetində tədrisin məsafədən təşkilinin mövcud vəziyyəti

Azərbaycan Dövlət Pedaqoji Universitetində tədrisin məsafədən təşkilinin mövcud vəziyyəti

Tarix: 13 Aprel 2020 16:32

Bu gün dünyanı öz təsir altına alan Koronavirus pandemiyası ilə əlaqədar olaraq distant və ya online təhsil indi ən önəmli təhsil metoduna çevirilmişdir. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin dayandırıldığı nəzərə alınaraq ADPU-da təhsilin davamlılığının təmin edilməsi məqsədilə təhsil proqramlarının məsafədən mənimsədilməsi işləri təşkil olunmuşdur.

Artıq martın ayının 10-dan başlayaraq ADPU, onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci və ölkənin müxtəlif regionlarında yerləşən ADPU-nun Şəki, Quba, Şamaxı, Ağcabədi və Cəlilabad filialları da daxil olmaqla ümumuniversitet səviyyəsində müasir İKT-nin mümkün imkanlarından istifadə edilməklə tədris materiallarının tələbələrə elektron formada çatdırılması təmin edilmişdir.

ADPU-da müxtəlif ixtisaslarda tədris olunan fənlərin xarakterindən və tələbələrin mövcud imkan və istəyindən asılı olaraq müxtəli üsullardan istifadə edilərək distant və ya online formada tədrisin təşkili istiqamətində dərslərə start verilmiş, bu məqsədlə də Zoom video rabitə, Microsoft Teams, Skype proqramı, e-poçt xidmətindən istifadə, hazır video dərslərin tələbələrə çatdırılması, Youtube kanalına video dərslərin yerləşdirilməsi, müxtəlif sosial şəbəkələr və xəbərləşmə platformalarının imkanlarından istifadə etməklə elektron tədris resurslarının tələbələrə çatdırılması, TV kanalları ilə telemühazirələrin təşkili və s. istiqamətdə geniş ilşər görülmüş və bu çalışmalar bu gün də davam etdirilir.

Yuxarıda qeyd olunanlarla yanaşı hazırda universitet bütün resurslarını səfərbər edib və malik olduğu elektron tədris platformasının funksionallığını artıraraq tələbələrin ixtiyarına verib və nəticədə bu müddət ərzində hər keçən gün elektron formada keçirilən dərslərdə tələbələrin qoşulması daha da artmaqdadır.

Qeyd edək ki, tədrisin məsafədən təşkili bakalvriat səviyyəsi ilə bərabər magistratura səviyyəsində təhsil alan tələbələri də əhatə edir. Hazırkı dövrdə ADPU-nun Bakı şəhərində yerləşən fakültə və digər şöbələrində təhsil alan bakalavr tələbələrinin və o cümlədən magistrantların 91%-nin (ADPU və filiallarıyla birlikdə 94%) elektron tədris matterialları ilə təmin edilməsi, habelə, 65% tələbənin (ADPU və filialları ilə birlikdə 71%) isə online formada keçirilən dərslərə qoşulması mümkün olmuşdur. ADPU-nun nəzdində fəaliyyət göstərən ADPK-da tələbələrinin elektron tədris materialları ilə təmin edilməsi tamamən başa çatdırılmış və online formada keçirilən dərslərə kollecin tələbələrinin 49%-nin qoşulması mümkün olmuşdur. Ümumilikdə götürüldüyündə ADPU, onun nəzdində fəaliyyət göstərən ADPK və universitetin bütün filiallarında təhsil alan tələbələrin 66%-nin online formada keçirilən dərslərə qoşulmasına nail olunmuş və 97% tələbənin elektron tədris matterialları ilə təmin edilməsi mümkün olmuşdur. Bütün bunlarla yanaşı, onlayn dərsdə iştirak edə bilməyən tələbələr də nəzərə alınaraq dərslərin böyük əksəriyyətinin video qeydiyyatı aparılır ki, bu da İnternet imkanları məhdud olan ADPU tələbərinin daha sonradan həmin dərs materiallarını izləməsinə imkan yaradacaqdır.

Ümumiyyətlə, hazırki dövrdə təhsil proqramlarının distant və ya online formada mənimsədilməsinə daha çox tələbənin cəlb edilməsi əsas vəzifə kimi qarşıya qoyulub. ADPU-da tədrisin məsafədən aparılması bundan sonra da davam etdiriləcək, pedaqoji kadrların hazırlanması sahəsində təhsildə distant formanın ən qabaqcıl nailiyyətlərinin tətbiq olunması layihələrin işlənib hazırlanması nəzərdə tutulur.


Etiketlər:  Azərbaycan Dövlət Pedaqoji Universitetində tədrisin məsafədən təşkilinin mövcud vəziyyəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ