Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''A Seriyası davam etsə, meydana çıxmayacağıq'' - Klub prezidenti

''A Seriyası davam etsə, meydana çıxmayacağıq'' - Klub prezidenti

Tarix: 13 Aprel 2020 23:06

İtaliyanın "Breşiya" klubunun prezidenti Massimo Çellino koronavirusa görə dayandırılan çempionatın davam etdiriləcəyi halda, meydana çıxmayacaqlarını deyib.

Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, klub rəhbəri bu qərarla məsuliyyəti öz üzərinə götürəcəyini bildirib:

"Təkrar edirəm: davam qərarı verilsə, meydana çıxmayacağıq. Bu, təxribat deyil. Xallar itirməyə razı olacağıq. Bu vəziyyətdə bütün məsuliyyəti öz üzərimə götürəcəyəm. A Seriyasını tərk etməkdən qorxmuruq. Klubumuz belə halda müflis olmayacaq. Vəziyyətdən yararlanmaq istəyənlər var. Klaudio Lotito ("Latsio"nun prezidenti) çempionatın davam etdirilməsini istəyir? Onun səsini heç eşitmirəm. Sadəcə, layiq olan şəxslərə qulaq asıram".


Etiketlər:  Seriyası davam etsə meydana çıxmayacağıq Klub prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ