Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 02:48
Bakı. Trend:
Vermont senatoru Berni Sanders, prezidentliyə namizəd uğrunda mübarizədə keçmiş vitse-prezident Cozef Baydeni dəstəklədiyini bildirib.
Trend-in məlumatına görə, senator mövqeyini "Twitter" səhifəsində yayımlanan video konfrans zamanı Baydenlə söhbət əsnasında açıqlayıb.
"Ağ Evdə sizə ehtiyacımız var. Bunun reallaşması üçün əlimdən gələni edəcəyəm. Bu gün bütün amerikalılardan, bütün demokratlardan və müstəqil şəxslərdən, eləcə də bir çox respublikaçıdan bu kampaniyada birləşmələrini və mənim kimi bu namizədi dəstəkləmələrini xahiş edirəm", - B.Sanders deyib.
ABŞ-ın keçmiş vitse-prezidenti isə onun ilə B.Sandersin kursunun və siyasi görüşlərinin çox oxşar olduğuna inandığını bildirib.
Cari ilin əvvəlində senator bir neçə həftə ərzində Demokratlardan prezidentliyə namizəd irəli sürülməsi uğrunda mübarizədə lider hesab edilirdi. Daha sonra C.Bayden yarışın favoriti oldu.
Aprelin 8-də B.Sanders ABŞ prezidentliyinə Demokratlar tərəfindən namizəd uğrunda mübarizəni dayandırdığını açıqladı.