Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 08:24
Avropa Klubları Assosiasiyası (ECA) və UEFA avrokuboklarda bu mövsümün avqust ayında başa çatdırılmasına dair razılığa gəliblər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb.
Bütün milli çempionatların avrokubok oyunlarının finalınadək bitməsinin planlaşdırıldığı və avrokubok qarşılaşmalarının hamısının azarkeşsiz keçirilməsi nəzərdə tutulduğu bildirilir.
Razılaşmaya əsasən, 1/4 və yarımfinallarda pley-off sistemi ləğv ediləcək və komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar. Görüşlər neytral meydanda olacaq. Final qarşılaşmaları isə avqustun ikinci yarısına planlaşdırılır.
Bunlar gerçəkləşərsə, avrokuboklarda 2020/21 mövsümünə sentyabrda start veriləcəyi bildirlir.