Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atəşkəs snayper tüfənglərlə 23 dəfə pozulub

Atəşkəs snayper tüfənglərlə 23 dəfə pozulub

Tarix: 14 Aprel 2020 09:06

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Cəbrayıl rayonunun işğal altında olan Nüzgar kəndi yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Etiketlər:  Atəşkəs snayper tüfənglərlə 23 dəfə pozulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ