Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 10:44
Bakı. Trend:
ABŞ Senatının Daxili təhlükəsizlik və hökumət məsələləri Komitəsi koronavirusun yaranmasında və yayılmasında Çinin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolunu araşdıracaq.
Trend-in məlumatına görə, bunu komitənin sədri, senator Ron Conson deyib.
Senator bildirib ki, epidemiyanın yayılmasında Çin ÜST, o cümlədən də ABŞ-ın reaksiyası araşdırılacaq:
"Bu virus harada başladı? Həqiqətən də heyvandan insana keçdi? Bəlkə Çində laboratoriyada digər viruslara qarşı dərman hazırlanarkən sızma baş verib? Biz, həmçinin ÜST-ün bu virus barədə məlumatlar gizlətməkdə rolunu araşdırmalıyıq".
Qeyd edək ki, bu günədək dünyada 1,9 milyondan çox insan koronavirusa yoluxub. Onlardan 119 719 nəfəri ölüb, 452 333 nəfəri sağalıb.