Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərişıq'': Aprel və may ayları ərzində enerjidən istifadə limiti 400 kVt olacaq

''Azərişıq'': Aprel və may ayları ərzində enerjidən istifadə limiti 400  kVt olacaq

Tarix: 14 Aprel 2020 13:21

Bakı. Samur Əli - Trend:

Aprel ayından etibarən vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb.

Trend-in məlumatına görə, bunu "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib. Onun sözlərinə görə, aprel və may aylarında vətəndaşların istifadə etdikləri elektrik emerjisinə görə limit 100 kVt artırılır:

"Nazirlər Kabinetinin qərarı ilə enerji sərfiyyatı 300 kVt limitdən 400 kVt -a qaldırılıb. Aprel ayında gələn ödəniş qəbzində enerji sərfiyyatı limitinin 300 kVt hesablanması çaşqınlıq yaratmasın. Çünki aprel ayında gələn ödəniş qəbzi mart ayı üçün hesablanıb. Ona görə də aprelin əvvəli təqdim edilən qəbzdə 300 kVt təqdim edilib. May və iyun aylarında təqdim edilən göstəricidə limit 400 kVt olacaq. Bu proses iki ay davam edəcək. Yəni aprel və may ayları üçün limit 400 kVt olacaq".


Etiketlər:  Azərişıq Aprel ayları ərzində enerjidən istifadə limiti olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ