Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xeyir-şər evində qumar və digər stolüstü oyunlar oynayan şəxslər saxlanıldı (FOTO/VİDEO)

Xeyir-şər evində qumar və digər stolüstü oyunlar oynayan şəxslər saxlanıldı (FOTO/VİDEO)

Tarix: 14 Aprel 2020 13:48

Bakı. Trend:

Ölkə ərazisində xüsusi karantin rejiminin elan baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Xeyir-şər evində qumar və digər stolüstü oyunlar oynayan şəxslər saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Xeyir-şər evində qumar və digər stolüstü oyunlar oynayan şəxslər saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Xeyir-şər evində qumar və digər stolüstü oyunlar oynayan şəxslər saxlanıldı (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Xeyir şər evində qumar digər stolüstü oyunlar oynayan şəxslər saxlanıldı FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ