Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 14:32
Cudo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin həbsi qüvvədə saxlanılıb.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, buna səbəb onun tələbələrinə cinsi istismar etməsidir.
Məlumata görə, 60 yaşlı mütəxəssis özünə yönəlik ittihamları rədd etsə də, qəbul edilməyib. Avstriya Regional Ali Məhkəməsi onu 5 il müddətində azadlıqdan məhrum edib.
Qeyd edək ki, 2014-cü ildə tələbələrdən biri məşqçinin ona 9 yaşından təcavüz etdiyini açıqlayıb. Daha sonra isə bir neçə idmançı da eyni ittihamla Zayzenbaherdən şikayətçi olub.
Qeyd edək ki, o, 2012-13-cü illərdə Azərbaycanda çalışıb.