Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz - Ehsan Zahidov

Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz - Ehsan Zahidov

Tarix: 14 Aprel 2020 16:16

"Bayrağa hörmət edən şəxs onu "Pikap"ın yük yerinə bəzək üçün çəkməz".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Bakı şəhər sakini Rasim Ələsgərovun sosial şəbəkədə video görüntü paylaşaraq özünə məxsus "Mitsubishi Pikap" markalı avtomobilinin damına, arxasına Azərbaycanın dövlət bayrağını çəkməsinə münasibət bildirəkən deyib.

E.Zahidov bildirib: "Birdəfəlik bilməliyik ki, dövlət bayrağından harda gəldi, necə gəldi istifadə etmək olmaz. O, Azərbaycanin suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanin Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları Azərbaycan Respublikasının "Dövlət bayrağı haqqında Qanunu" ilə tənzimlənir və orada da konkret göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər. Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə isə qətiyyən yolverilməzdir. Bayrağa hörmət edən şəxs onu "Pikap"ın yük yerinə bəzək üçün çəkməz. Ona görə də həmin sürücüdən fərqli olaraq dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşınin tələbi tam haqlıdır və dərhal da qeyd-şərtsiz icra edilməlidir".


Etiketlər:  Bayrağa hörmət edən şəxs Pikapın yük yerinə bəzək üçün çəkməz Ehsan Zahidov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ