Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Gürcüstandakı səfirliyi ərzaq yardımı kampaniyası davam etdirir

Azərbaycanın Gürcüstandakı səfirliyi ərzaq yardımı kampaniyası davam etdirir

Tarix: 14 Aprel 2020 16:42

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə ərzaq yardımı kampaniyası davam edir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, aprelin 14-də Tbilisidə yaşayan az gəliri olan ailələrə ərzaq qutuları çatdırılıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Səfir bildirib ki, aksiya iki ölkə arasında dostluq naminə keçirilir.

Qeyd edək ki, aprelin 9-da səfirlik Marneuliyə humanitar yük çatdırmışdı. Orada ailələrə 600 bağlama paylanmışdı. Aprelin 10-da Bolnisi bələdiyyəsində ehtiyacı olan 2 100-dən çox ailəyə ərzaq paketləri verilmişdi. Aprelin 11-də Rustavi və Qardabanidə yaşayan 200 sosial baxımdan həssas ailə yardım almışdı.


Etiketlər:  Azərbaycanın Gürcüstandakı səfirliyi ərzaq yardımı kampaniyası davam etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ