Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücünü bıçaqlayıb, avtomobili kanala atan şəxs ələ keçdi - FOTO

Sürücünü bıçaqlayıb, avtomobili kanala atan şəxs ələ keçdi -  FOTO

Tarix: 14 Aprel 2020 19:10

Bərdədə bıçaqla ağır xəsarət yetirən şəxs saxlanılıb.

Sonxeber.net xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvarın 6-da gecə saat 3 radələrində Bərdə rayon sakini Kamil Əhmədovun kəsilmiş-deşilmiş yaralarla Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar Bərdə RPŞ-də dərhal əməliyyat-istintaq qrupu yaradılıb, araşdırmalara başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs K.Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində oturub, Lənbəran kəndinə gəlib və orada zərərçəkmişin bədən nahiyələrinə qəsdən üç bıçaq zərbəsi endirərək ağır xəsarətlər yetirib, avtomaşını isə kənd ərazisindəki kanala atıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon Lənbəran kəndində yaşayan Rəşad Mirzəyev saxlanılıb. Cinayət əməli olan bir ədəd bıçaq maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Dindirilmə zamanı R.Mirzəyev hadisəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətdiyini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.


Etiketlər:  Sürücünü bıçaqlayıb avtomobili kanala atan şəxs ələ keçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ