Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən çox gözlənilən elektromobilin istehsalı təxirə salındı

Ən çox gözlənilən elektromobilin istehsalı təxirə salındı

Tarix: 14 Aprel 2020 23:52

ABŞ-da ən çox gözlənilən Rivian elektromobil pikaplarının istehsalı gələn ilə qədər təxirə salındı.

Milli.Az ted.az-a istinadən bildirir ki, elektromobil istehsalı "COVID-19" pandemiyasının təsirinə görə təxirə salınıb.

İstehsalçılar bu ilin sonunadək R1T və R1S elektromobil pikapını istehsal etməyi planlaşdırırdı. Amma koronavirusa görə, ötən ay bağlanan zavod sözügedən pikapın istehsalını 2021-ci ilə qədər ləngidib. Şirkət nümayəndələri elektromobil istehsalı üçün minlərlə işçi qəbul etməli idi və onlar ilin əvvəlində bu prosesi başlamışdılar. İndi isə demək olar ki, işə götürdükləri şəxslərin hamısı işdən çıxarılıb. Hazırda bu pikapın üzərində işləmək üçün sadəcə 11 nəfər işçi saxlanılıb.

Qeyd edək ki, digər avtomobil istehsalçıları, o cümlədən, Ford, Telsa və GM də "COVID-19" pandemiyasına görə maşın istehsalını dayandırıb.

Milli.Az


Etiketlər:  Ən çox gözlənilən elektromobilin istehsalı təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ