Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 10:33
Bakı. Samir Əli - Trend:
Artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin vaxtında daşınmasını təmin etmək məqsədi ilə ekspres xətlərə əlavə avtobuslar cəlb edilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu həftənin ilk iş günü müntəzəm və ekspres xətt avtobusları ilə 485 742 sərnişin daşınıb:
"Aprelin 14-də isə bu rəqəm 478 679 nəfər olub. Ötən həftənin müvafiq günləri ilə müqayisədə bu 23 % artım deməkdir. Artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin vaxtında daşınmasını təmin etmək məqsədi ilə ekspres xətlərə əlavə avtobuslar cəlb edilib. Onu da qeyd edək ki, sərnişin axını əsasən səhər saat 7-9 aralığında müşahidə olunur. Bir daha bildiririk ki, xüsusi karantin rejimində icra olunan sərnişindaşımaların təşkilində başlıca məqsəd həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etməkdir".