Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Prezidenti dəstək üçün Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib

Gürcüstan Prezidenti dəstək üçün Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib

Tarix: 15 Aprel 2020 11:00

Gürcüstan Prezidenti Salome Zurabişvili həmrəyliyə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, o, öz "Twitter" səhifəsində Heydər Əliyev Mərkəzinin Gürcüstan bayrağının rənglərində işıqlandırılmasına görə minnətdarlıq edib.

S.Zurabişvili yazıb:

"Bu gün Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkürümü bildiririəm. Bu, Azərbaycan xalqının ən yaxşı həmrəylik addımlarından biridir. Biz birlikdə güclüyük!"

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.

Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi "COVID-19" un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və Amerka Birləşmiş Ştatlarının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.


Etiketlər:  Gürcüstan Prezidenti dəstək üçün Azərbaycan Prezidentinə xalqına təşəkkürünü bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ