Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 11:12
Bakı. Samir Əli - Trend:
Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.
Qeyd edək ki, hasarı aşan evdə hal-hazırda yaşayış yoxdur.