Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 13:28
Bakı. Elnur Bağışov - Trend:
İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Faryab rayonunun 50 kilometrliyində 4,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 12:40-da,10 km dərinlikdə qeyd alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.
Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.