Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gömrükçülər daha 120 ailəyə yardım ediblər (VİDEO)

Gömrükçülər daha 120 ailəyə yardım ediblər (VİDEO)

Tarix: 15 Aprel 2020 15:15

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 120 ailəyə yardım ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Şirvan" və "Xudafərin" gömrük postları, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu və Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar.

Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.


Etiketlər:  Gömrükçülər daha ailəyə yardım ediblər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ