Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır - Ramin Bayramov

Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır - Ramin Bayramov

Tarix: 15 Aprel 2020 17:27

Bakı. Samir Əli - Trend:

Ölkədə 10 modul tipli xəstəxananın qurulmasına başlanıb. Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramov deyib.

Onun sözlərinə görə, onlardan 6-sı dövlət, 4-ü isə özəl xəstəxanadır:

"Hazırda həmin xəstəxanaların tibbi heyətinin hazırlığına başlanıb. Bunun üçün Çin, Türkiyə və digər ölkələrin təcrübəsi öyrənilir. Artıq tibb müəssisələri koronavirusla bağlı dərman və tibbi ləvazimatlarla təmin edilib. Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır".


Etiketlər:  gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır Ramin Bayramov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ