Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusla mübarizəyə həsr olunmuş sosial videoçarx təqdim edilib

Azərbaycanda koronavirusla mübarizəyə həsr olunmuş sosial videoçarx təqdim edilib

Tarix: 16 Aprel 2020 09:00

Bakı. Trend:

“Melissa Group” şirkəti “Ümidini itirmə” sosial aktivliyinə start verib.

Trend-in məlumatına görə, bir neçə istiqamət üzrə fəaliyyətləri özündə əks etdirən sosial aktivliyin önəmli kommunikasiya vasitələrindən biri “Ümidini itirmə” sosial çarxıdır.

Layihənin rəhbəri, “Melissa Group” şirkətinin direktor müavini Anar Fətəliyev bildirib ki, şirkət təqdim edilən sosial çarx vasitəsilə ictimaiyyətə koronavirusla mübarizədə bütün təhlükəsizlik tədbirlərinə əməl etməklə yanaşı, gələcəyimiz olan uşaqlara xüsusi diqqətin olmasının vacibliyini vurğulayır. “Dünənə qədər hər gün parkda oynayan, baxçaya, məktəbə gedən azad şəkildə istədiklərini edə bilən uşaqların xəyal dünyasının məhdudlaşmaması və daxili depressiv vəziyyətə düşməməsi üçün biz onlara bütün təhlükəsizlik tədbirlərini izah etməklə yanaşı, virusun psixoloji neqativliyinin onlara təsir etməməsi üçün əlimizdən gələni etməliyik. Məhz çəkdiyimiz reklam roliki də ictimaiyyətin pozitiv yöndə düşünməsinin və bir birimizə dəstəyin təmini istiqamətdədir”, – deyə Anar Fətəliyev bildirib.

Qeyd edək ki, “Melissa Group” şirkəti daha əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yüzlərlə ağacın əkilməsində vasitəçi olaraq “Yaşıllığı sevirəm” sosial aktivliyini və SOS uşaq kəndlərində yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək aktivliyi olan “Xəyalların təbəssümü” sosial aktivliklərini də həyata keçirmişdir.

“Melissa Group” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ianə edib.


Etiketlər:  Azərbaycanda koronavirusla mübarizəyə həsr olunmuş sosial videoçarx təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ