Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 18:27
Bakı. Samir Əli - Trend:.
Azərbaycanda 6 həkim koronavirusa infeksiyasına yoluxub.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlının sözlərinə görə, Cəlilabad Xəstəxanasında 10 nəfər həkimin koronavirusa yoluxması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil:
"Həmin xəstəxanada bir həkim və bir nəfər də tibb işçisi virusa yoluxmuşdu".
TƏBİB rəsmisi əlavə edib ki, başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib və o, karantinə götürülüb.