Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 09:10
Şotlandiyada ikinci, üçüncü və dördüncü divizionlar erkən başa vurulub.
Qol.az xəbər verir ki, ölkənin Peşəkar Futbolçular Assosiasiyası koronavirus pandemiyası səbəbinbən belə bir qərar verib.
Qurumun rəsmi saytının yaydığı xəbərə görə, “Dandi Yunayted” Çempionşipin, “Reyt Rovers” Liqa 1-in, “Kouv Reyncers” isə Liqa -2-nin qalibi elan olunub. Qərarla klubların böyük əksəriyyəti razılaşıb.
Hazırda Şotlandiya Premyer Liqasının da erkən başa vurulması və komanda sayının atırılması məsələsi müzakirə olunur. Məlumata görə, bu mövsüm heç bir klub yüksək liqanı tərk etməyəcək.