Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 13:54
Bakı. Trend:
Bakıda ofisdən 200 min manatlıq əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən 200 000 manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin