Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB-də Xaricdə İşləyən Həkimlər İş şöbəsi yaradılıb - Ramin Bayramlı

TƏBİB-də Xaricdə İşləyən Həkimlər İş şöbəsi yaradılıb - Ramin Bayramlı

Tarix: 16 Aprel 2020 12:09

Bakı.İlhamə İsabalayeva -Trend:

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) Xaricdə İşləyən Həkimlər İş şöbəsi yaradılıb.

Trend-in məlumatına görə, bunu TƏBİB sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, TƏBİB keçən ilin dekabr ayında Türkiyədəki həkimlərlə görüş keçirib:

“Xaricdəki azərbaycanlı həkimlər təşkilatlanırlar. Almaniya, ABŞ və Rusiyada da fəaliyyət göstərən azərbaycanlı həkimlər dərnəklər qurublar. Bu günlərdə ABŞ-da çalışan azərbaycanlı həkimlərin bizə müraciəti olub. Dövlətin də əsas məqsədi xaricdəki azərbaycanlı həkimlərin ölkəmizə inteqrasiyasıdır. Bu məqsədlə TƏBİB-də Xaricdə İşləyən Həkimlər İş şöbəsi də yaradılıb”.


Etiketlər:  TƏBİB Xaricdə İşləyən Həkimlər İş şöbəsi yaradılıb Ramin Bayramlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ