Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu vəzifəli şəxslərin maaşları artacaq - TƏKLİF

Bu vəzifəli şəxslərin maaşları artacaq - TƏKLİF

Tarix: 16 Aprel 2020 13:52

Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə 69.1-ci maddənin əlavə edilməsi təklif olunur.

Sənədin 73-cü maddəsinə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:

1 ildən 5 ilədək - 21 manat miqdarında, 5 ildən 10 ilədək - 24 manat miqdarında, 10 ildən 15 ilədək - 27 manat miqdarında, 15 ildən 20 ilədək - 30 manat miqdarında, 20 ildən 25 ilədək - 39 manat miqdarında, 25 ildən 30 ilədək - 45 manat miqdarında, 30 ildən yuxarı - 60 manat miqdarında.  

Qanun layihəsində isə bildirilir ki, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir:

1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində,

5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində

10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində.

Qanun layihəsi Milli Məclisdə təsdiqlənəcəyi təqdirdə 2020-ci il yanvarın 1-dən hesablanmaqla tətbiq edilməyə başlanılacaq.


Etiketlər:  vəzifəli şəxslərin maaşları artacaq TƏKLİF


RƏYLƏR