Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 15:40
Bakı. Trend:
Albaniyanın cənub-şərqində altı zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, zəlzələlər nəticəsində azı 5 nəfər xəsarət alıb.
Qeyd olunur ki, birinci zəlzələ Korça şəhərindən 15 kilometr məsafədə qeydə alınıb və 5,3 bal gücündə olub.
7 dəqiqə sonra Yunanıstanla Şimali Makedoniya sərhədində növbəti güclü zəlzələ baş verib. Bundan sonra Korça ətrafında daha 4 zəif yeraltı təkan qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin